Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

“Azərenerji” “Yaşma” yarımstansiyasını yenidən qurur VİDEO

Veb TV | 85 | 11:47 • 15 Aprel 2021
“Azərenerji” “Yaşma” yarımstansiyasını yenidən qurur

“Azərenerji” ölkənin Şimal-Şərq rayonlarının, eləcə də Abşeron yarımadasının elektrik enerjisi ilə təchizatında mühüm əhəmiyyət kəsb edən, Azərbaycan və Rusiya enerji sistemləri arasında yük mübadiləsini həyata keçirən, strateji əhəmiyyətli 330, 220, 110 kilovoltluq “Yaşma” yarımstansiyasını əsaslı şəkildə yenidən qurur.

Bu barədə XəzərXəbər-ə qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, enerji sistemi üçün mühüm düyün nöqtəsi olan “Yaşma” yarımstansiyası 50 il əvvəl tikildiyindən istismar müddətini başa vurmuşdu. Bu səbəbdən də tez-tez qısaqapanmalara, enerjisistemdə qəza vəziyyətinin yaranmasına səbəb olurdu. Bunun üçün müasir tələblərə cavab verən yeni avadanlıqlar quraşdırılır, avtotransformatorlar daha güclüləri ilə əvəz edilir, açıq paylayıcı qurğular genişləndirilir. Yarımstansiyada müasir avadanlıqlarla təchiz ediləcək yeni inzibati idarəetmə binası tikilir, məsafədən idarəolunan müasir SCADA dispetçer sistemi yaradılır.

"Yaşma" yarımstansiyasına yeni tikilən “Qobu” yarımstansiyasından 42 km məsafədə 330 kilovoltluq yüksək gərginlikli elektrik xətti çəkilir. Ən əsası yarımstansiyada reaktiv gücün kompensasiyası istiqamətində əhəmiyyətli layihə gerçəkləşdirilir. Belə ki, Azərbaycanın enerji sisteminin 2 əsas düyün nöqtəsində şuntlayıcı reaktorlar quraşdırılıb ki, onlardan biri məhz şimal-şərq rayonlarını, eləcə də Abşeron yarımadasını əhatə edən 330 kilovoltluq “Yaşma” yarımstansiyasında olacaq. Digər reaktor isə Qarabağ və ətraf rayonları əhatə edən 330 kilovoltluq “Goranboy” paylayıcı məntəqəsində quraşdırılır.

Azərbaycanın enerji sisteminin 2 əsas düyün nöqtəsində qoyulan şuntlayıcı reaktorlar yüksəkgərginlikli 330 kilovoltluq elektrik verilişi xətlərinin tutum reaktiv gücünü qəbul edərək tənzimləyəcək. Xətlərin ötürmə qabiliyyətini artırmaqla bərabər texniki itkiləri azaldacaq və bununla yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitinə qənaət etmiş olacaq.

 

Çox oxunanlar

XƏBƏRDARLIQ: 3 gün qaldı
387 | 10:27 • 12 May 2021
Bir həftə iş olmayacaq
956 | 17:16 • 19 Aprel 2021