Xəzər Xəbər

Çoxillik ağaclar bina sakinlərinə təhlükə yaradır VİDEO

Veb TV | 21:07 • 14 Aprel 2021
Çoxillik ağaclar bina sakinlərinə təhlükə yaradır

Bakının bir çox yerində qurumuş ağaclar var. Xüsusilə küləkli havalarda belə ağaclar əsil təhlükə mənbəyinə çevrilir. Elə paytaxtın Nizami rayonundakı iki müxtəlif ünvanda olan çoxillik qurumuş ağaclar hər an aşa bilər. Bu isə baş verə biləcək bədbəxt hadisəni qaçılmaz edir. Bəs görəsən bu ağaclar niyə kəsilmir? Onsuz da qurumuş ağacın heç kimə bir faydası yoxdur. Aidiyyatı qurumdan cavab öyrənməyə çalışmışıq.

Ağac əyilərək budaqları binanın eyvanına doğru uzanıb. Gövdəsi çürüyən bu ağaclar isə hər an aşa bilər. Paytaxtın iki ünvanında  ağaclar  təhlükəli vəziyyət yaradıb.

Sakinlər bildirir ki, güclü külək zamanı vəziyyət daha çətin olur. Belə ki, əsən güclü külək ağacların qırılmasına səbəb olur. Bu hadisələr nəticəsində xəsarət alan olmasa da, hər an faciə baş verə bilər. 

Bura isə Nizami rayonu Şərifli küçəsi 74 saylı binanın ərazisidir. Ərazidə olan ağaclar da əyilərək  binaya aşa bilər. 

Sakinlər təhlükəli ağacların kəsilməsi üçün aidiyyəti qurumlara müraciət də ediblər. 

Sözügüdən problemlə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxladıq. Qurumdan Xəzər Xəbərə bildirildi ki, probelimlə bağlı onlara heç bir müraciət daxil olmayıb. Əməkdaşlarımızın çatdırdığı məlumatdan sonra birlikdən dedilər ki, problemin həll olunması istiqamətində artıq tədbirlər görülür. 

 

Xəbər lenti