Xəzər Xəbər

Azərbaycan informasiya siyasətini sağlam qurur VİDEO

Veb TV | 20:59 • 14 Aprel 2021
Azərbaycan informasiya siyasətini sağlam qurur

Erməni lobbisinin və Azərbaycanı istəməyən qüvvələrin ölkəmizə qarşı apardığı qərəzli kampaniya heç bir nəticə vermir. Çünki prezident İlham Əliyevin həm dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşü, həm də yeni informasiya strategyası nəticəsində onlar demək olar ki, tərksilah edilib. Bunu ''Xəzər Xəbər''ə müsahibəsində Beynəlxalq münasibətlərin təhlili mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev deyib. Fərid Şəfiyev ötən gün keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda baş verən məsələləri də şərh edib.

İstər müharibə dövründə, istərsə də digər vaxtlarda Azərbaycanı hədəf seçən qərəzli informasiya savaşına qarşı ciddi mübarizə aparılıb. Təbii ki, bu mübarizənin əsas hissəsi Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ''Xəzər Xəbərə''ə müsahibəsində bildirib ki, ötən gün keçirilmiş "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda və digər müzakirə və debatlarda Prezident İlham Əliyevə verilən ən mürəkkəb sualları peşəkar formada cavablandırması, onun bir daha dünya səviyyəli siyasətçi olduğunu göstərdi.

Fərid Şəfiyev deyir ki, İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan yeni geosiyasi vəziyyəti Ermənistanın siyasi rəhbərliyi nədənsə qəbul etmək istəmir. Bununla yanaşı, bəzi beyin mərkəzlərinin nümayəndələrində belə bir fikir formalaşıb ki, Azərbaycan ürəyini açmalı və ermənilərə istənilən məsələdə güzəşt etməlidir. Halbuki ərazilərimizi tərk etmələri üçün ermənilərə verilən bir neçə günlük möhlət müddətində belə onlar evləri və obyektləri yandırdılar.

Fərid Şəfiyev deyir ki, Azərbaycan tərəfi bu və digər formalarda Ermənistan tərəfə humanistlik göstərməsinə baxmayaraq, bəzi ölkələrin mətbuatı hələ də ölkəmizə qarşı qərəzli kampaniyalar aparır.

Fərid Şəfiyev bildirdi ki, bir neçə gündür dünyanın müxtəlif ölkələrindən Azərbaycana dəvət olunan aparıcı beyin mərkəzlərinin nümayəndələri, Qarabağla və ümumilikdə ölkəmizlə bağlı informasiyaları beynəlxaq ictimaiyyətin diqqətinə çatdıracaqlar.

 

 

Xəbər lenti