Xəzər Xəbər

Hərbi Qənimətlər Parkı ziyarətçilərin üzünə açıldı - Parka giriş neçəyədir? VİDEO

Veb TV | 20:52 • 14 Aprel 2021
Hərbi Qənimətlər Parkı ziyarətçilərin üzünə açıldı - Parka giriş neçəyədir?

Bu gündən etibarən Hərbi Qənimətlər Parkı ziyarətçilərin üzünə açılıb. İlk gündən parka böyük maraq göstərilib. Pandemiya şəraiti nəzərə alınmaqla, insanlar ordumuzun vətən müharibəsində ələ keçirdiyi düşmənə məxsus hərbi qənimətlərlə tanış olmaq imkanı qazanıblar. Qeyd edək ki, Hərbi Qənimətlər Parkına giriş pulludur. Park səhər saat 10-dan axşam saat 19:00-dək fəaliyyət göstərir. Kassalar isə saat 18:00-da bağlanır.

Hərbi Qənimətlər Parkı bundan sonra azərbaycanlıların tez-tez gələcəyi, baxıb qürurlanacağı yerlərdən biri olacaq. Artıq park bütün vətəndaşların və xarici turistlərin ziyarəti üçün açıqdır.

Hərbi Qənimətlər Parkına giriş ödənişlidir. Şəhid ailələri və qazilər, eləcə də 6 yaşınadək uşaqlara üçün isə ödəniş tələb olunmur.

Qeyd edək ki, Hərbi Qənimətlər Parkının elektron səhifəsi də istifadəyə verilib. Vətəndaşlar herbiqenimetler.az saytına daxil olaraq muzeydə nümayiş olunan hərbi texnikalarla tanış ola bilərlər.

 

Xəbər lenti