Xəzər Xəbər

Bakı-Sumqayıt yolundan istifadə edənlərin nəzərinə! VİDEO

Veb TV | 20:44 • 14 Aprel 2021
Bakı-Sumqayıt yolundan istifadə edənlərin nəzərinə!

Sürücülərin ən çox istifadə etdiyi Bakı-Sumqayıt magistralının bir hissəsi təmirə bağlanıb. Təmir işləri yolun 16-cı km-dən başlayıb və Sumqayıta qədər davam edəcək. Yolun təmir olunan hissəsində mərhələ-mərhələ abvtomobillərin hərəkəti də məhdudlaşdırılır. Ümumiyyətlə Bakı-Sumqayıt yolunda aparılan əsaslı yenidənqurma işləri hansı zamanı əhatə edəcək və təmir vaxtı sürücülərə hansı yollardan istifadə etmək tövsiyyə edilir? Bu sualların cavabını xəbərimizdən biləcəksiniz

Bakı-Sumqayıt yolunun bir hissəsi təmirə bağlanıb. Magistralın 16-cı km-dən başlayaraq 30-cu km-ə, yəni Sumqayıta qədər olan hissədə yenidənqurma işləri aparılır və yeni asfalt qatı vurulur 

Bəzi hissələrdə yol yatağın yararsız qruntu da qazılaraq çıxarılıb, əks-dolğu işləri görülərək yol yatağı yenidən tikilib. 

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində aparılan işlər zamanı avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılıb. Məhdudlaşdırma tətbiq edilən ərazilərdə yol nişanları qoyulub.

Bakı-Sumqayıt yolunun əks istiqamətində isə Sumqayıtdan başlayaraq 16-cı km-liyə qədər olan hissədə aparılan əsaslı yenidənqurma işləri başa çatıb.

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, tərtib olunan qrafikə uyğun olaraq işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

Xəbər lenti