Xəzər Xəbər

Sumqayıtda maraqlı mənzərə - Stadionun ortasından yol salındı VİDEO

Veb TV | 20:30 • 14 Aprel 2021
Sumqayıtda maraqlı mənzərə - Stadionun ortasından yol salındı

Sumqayıt Dövlət Universitetinin ərazisində olan stadionun ortasında yol çəkilərək, iki hissəyə ayrılıb. Və bununla da stadion ləğv edilib. Nə qədər qəribə olsa da deyək ki, universitet baloniya sisteminin güdazına gedib. Necə? 

Universitetə məxsus stadionun ortasından yol çəkilib. Hətta gecə işıqlandırılması üçün dirəklər də quraşdırılıb. Hər iki tərəfinə ağac və gül kolları da əkilib.

Bura Sumqayıtdır. Stadion isə Sumqayıt Dövlət Universitetinə məxsusdur.

Univeritetin Həmkarlar İttifaqı Komitəsinin sədri Elmar Xəlilov deyir ki, 15 il əvvəl idman dərsləri tədris planında yer alsa da, sonradan ölkə üzrə təhsilin Baloniya sisteminə keçidi bu fənnin ləğvinə gətirib çıxarıb. Bu səbəbdən universitetdə belə bir stadionun mövcudluğuna ehtiyac qalmayıb. 

Elmar Xəlilov onu da bildirdi ki, tələbələr üçün Universidet daxilində qapalı yaşıl örtüklü stadion var.

O da bildirildi ki, universitetin həyətində badminton, şahmat və qılıncoynatma idman növləri üçün şərait də yaradılıb.

Xəbər lenti