Xəzər Xəbər

Bu kənddə bir aydan çoxdur ki, içməli su problemi yaşanır VİDEO

Veb TV | 19:44 • 14 Aprel 2021
Bu kənddə bir aydan çoxdur ki, içməli su problemi yaşanır

Siyəzən rayonunun Yenikənd kəndində içməli su problemi 1 aydan çoxdur ki, davam edir. Sakinlər bildirirlər ki, çirkab sular boruya dolub və nəticədə su kranlarından çirkab sular axır. Əslində, təxminən 40 gün əvvəl "XəzərXəbər" olaraq həmin kənddə problem ilə bağlı çəkiliş aparmışdıq. Yerli su kanal idarəsinin rəisi də bizə problemin həll ediləcəyini demişdi. Ancaq problem hələ də öz həllini tam tapmayıb.

Bu kadrlar mart ayının 5-də Siyəzən rayonunun Yenikənd kəndində sakinlərin "XəzərXəbər"ə müraciəti əsasında çəkilib. Su kranından palçıqlı su tökülür.

Siyəzən su Kanal İdarəsinin sahə rəisi Eldar Cabbarov "XəzərXəbər"ə açıqlamasında bildirmişdi ki, şaxta nəticəsində borularda çatlar əmələ gəlib və çirkab sular içməli suya qarışıb.  

Bu gün isə aprel ayının 14-dür. Sahə rəisi Eldar Cabbarovun "problem aradan qaldırıldı" deməsindən təxminən 40 gün keçir. "Xəzər xəbər" Yenikənd kəndində yenidən çəkiliş apararkən məlum oldu ki, kəndin bəzi ərazilərində problem hələ də qalır.

Siyəzən Sukanal İdarəsinin sahə rəisi Eldar Cabbarov "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, Yenikənd ərazisində yeni xətlərin çəkilməsi istiqamətində işlərin görülməsi nəzərdə tutulub. O ki qaldı suyun palçıqlı gəlməsinə, sahə rəisi dedi ki, 1980-cı illərdə çəkilən xətlər sıradan çıxmaqdadır və bu məsələ kökündən həll olunur. 

Su Kanal İdarəsindən bildirildi ki, 400-ə yaxın ailənin yaşadığı kənddə supulunu vaxtında ödəməyən abonentlər var. 200-300 manat civarında borcu olan sakinlər pulları vaxtında ödəməlidirlər ki, görülən işlər də vaxtında başa çatdırılsın.

Xəbər lenti