Xəzər Xəbər

Əsas amalı işğaldakı torpaqlarımızı azad etmək idi VİDEO

Veb TV | 19:31 • 14 Aprel 2021
Əsas amalı işğaldakı torpaqlarımızı azad etmək idi

Vətən müharibəsində şücaətləri ilə seçilənlərdən biri də Şamaxıdan olan şəhid Elvin Ağakərimovdur. O, hər zaman işğaldakı torpaqlarımızı azad görmək arzusuyla yaşayıb. Vətən müharibəsinin ilk günlərindən tərtərin suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib və vətən müharibəsinin başlamasından 1 həftə sonra şəhadətə ucalıb. Daim irəliyə can atan Elvin Ağakərimov düşmənə qan udduran igidlərimizdən olub. O,  ölümündən sonra 3 medalla təltif edilib.

Həyatının anlamını vətəni qorumaq və işğaldakı torpaqlarımızın azad olunmasında görürdü. Bu müqəddəs amal uğrunda da canını fəda etdi.

Şamaxıdan olan şəhid 19 yaşlı Elvin Ağakərimov da Vətən Müharibəsində şücaətləri ilə seçilənlərdəndir. Uşaqlıqdan idmanla məşğul olan Elvin sonradan güləş üzrə ölkə ikincisi olub. Hər zaman vətənpərvərliyi ilə seçilib və işğaldakı torpaqları azad görmək istəyib.

Elvin 2019-cu ilin aprelində həqiqi hərbi xidmətə yollanıb və Tərtərdə xidmət edib. Ehtiyata buraxılmasına bir neçə gün qalmış Vətən Müharibəsi başlayıb və o, da torpaqlarımızı düşmən tapdağından azad etmək üçün döyüşlərə qatılıb.  Döyüşlər başlayandan 1 həftə sonra isə Suqovuşan istiqamətində şəhidlik zirvəsinə yüksəlib. Yaşasaydı bu dəfəki ad gününü ailəsi ilə birlikdə qeyd edəcəkdi.

Elvin Ağakərimov ölümündən sonra ''Vətən uğrunda'', ''Suqovuşanın azad olunmasına görə'' və ''Laçının azad olunmasına görə''  medalları ilə təltif edilib.

 

Xəbər lenti