Xəzər Xəbər

Murad Mahmudov kimi igidlərin sayəsində Qarabağda muradımıza çatdıq VİDEO

Veb TV | 19:46 • 12 Aprel 2021
Murad Mahmudov kimi igidlərin sayəsində Qarabağda muradımıza çatdıq

Vətən müharibəsində şəhadətə ucalmış qəhrəmanlarımızı tanıtdırmağa davam edirik. sıradakı qəhrəmanımız Şəki rayon sakini Murad Mahmudovdur. Düşmənə qan udduran, həmişə ön sıralarda döyüşən Muradın bugün doğum günüdür. O, Tərtərin Talış və Suqovuşan kəndləri istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Murad Mahmudov ötən il oktybarın 9-da şəhid olub. O, ölümündən sonra bir neçə medalla təltif edilib.

Qızğın döyüşlərdən çəkinmir. Daim irəli gedirdi. 

Torpaqlarımızı işğaldan azad etmək istəyi hər şeydən güclü idi. Söhbət Vətən müharibəsində şəhadətə ucalmış qəhrəmanımız Murad Mahmudovdan gedir

O, 1995-ci il aprelin 12-də Şəki rayonunun Çayqaraqoyunlu kəndində anadan olub. Həqiqi hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra yenidən hərbi sahəyə üz tutdu..Müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi orduda xidmətə başladı. Murad Mahmudov vətən müharibəsinin ilk günlərindən Tərtərin Talış və Suqovuşan kəndləri istiqamətində gedən gərgin döyüşlərdə fəal iştirak edib.

Muradın qələbəyə inamı çox yüksək olub. O hər dəfə yaxınlarına torpaqlarımızın qısa zaman kəsiyində işğaldan azad ediləcəyini əminliklə söyləyirmiş.

Qardaşı Mayıl Mahmudov da onunla çiyin çiyinə vuruşub. Onun sözlərinə görə Murad ötən il oktybarın 9-da Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Bugün şəhidimizin ad günüdür. Yaşasaydı şad gününü ailəsi ilə birlikdə qeyd edəcəkdi. Murad Mahmudov ölümündən sonra ''Vətən Uğrunda'' , '' Suqovuşanın Azad olunmasına görə '' medalları ilə təltif olunub.

Xəbər lenti