Xəzər Xəbər

İstanbul metrosunda lobya təmizləyən qadın məşhurlaşdı VİDEO

Veb TV | 17:46 • 12 Aprel 2021
İstanbul metrosunda lobya təmizləyən qadın məşhurlaşdı

Bu günlərdə sosial mediada maraqlı görüntülər yayılıb.

“Haber Global”ın məlumatına görə, videonun qəhrəmanı Hafizə Aydağ artıq məşhur simaya çevrilib. Xanımın bu hərəkəti şəbəkələrdə müzakirələrə səbəb olub.

İstanbul metrosunda, qatarda lobya təmizləyərkən görüntülənən Hafizə xanım “Lobya almışdım. Metrodakı gedişim bir saat çəkdiyi üçün düşündüm ki, elə buradaca təmizləyib, evə çatarkən dərhal bişirim”, - deyə davranışını izah edib.

O, videoya gözəl şərh yazanları da lobya qonaqlığına dəvət edib.

Xəbər lenti