Xəzər Xəbər

Hərbi Qənimətlər Parkı istifadəyə verildi - Burada qələbə ab-havasını yenidən yaşayacaqsınız VİDEO

Veb TV | 15:48 • 12 Aprel 2021
Hərbi Qənimətlər Parkı istifadəyə verildi - Burada qələbə ab-havasını yenidən yaşayacaqsınız

Dünya hərb tarixinə düşən vətən müharibəsinin hər gününün izi  bu parkda səhnələşdirilib. Düşmənin vaxtilə bizə tuşlanan, indi isə müzəffər ordumuzun qəhrəmanlığı sayəsində  darmadağın edilən hərbi texnikasının qalıqları burda nümayiş etdirilir. Raketlər, minalar, müdafiə səddləri, səngər və postlar, bir sözlə o dövrü özündə ehtiva edən nə varsa bu parkda görəcəksiniz. 

30 ilə yaxın həsrət bitdi,Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazdı. Vətən müharibəsində Azərbaycan əsgərinin qazandığı qələbədə əldə etdiyi qənimətlər bu parkda cəmlənib.. Şanlı zəfərin canlandırıldığı hərbi qənimətlər parkı artıq hazırdır. 

İlk olaraq işğaldan azad olunan ərazilərimizdə ermənilərdən qənimət götürülən 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində Qarabağ Azərbaycandır şüarı əks olunan kompozisya sərgilənir. Girişdə isə Vətən torpaqlarına ayağı hamıdan əvvəl dəyən oğulların, Qarabağa zəfər yolunu açan xüsusi təyinatlı qüvvələrimizin maketləri qarşılayır bizi .

Bütün elementlərdə  44 günlük müharibənin hər günün bir izi var.5 hektarlıq ərazinin böyük bir hissəsi ermənilərin qurduğu bunkerlərin və müdafiə xəttinin  eynisinin yaradılmasına ayrılıb.Elə Bunkerin girişi də aylar əvvəl yaşanan real müharibə səhnəsi ilə başlayır.

Gizli tunellər bizi ermənilərin yerin altında gizləndiyi bunkerə  aparır.Cəbhə xəttində olan erməni bunkeri burda olduğu kimi qurulub.Silah ,yemək anbarı,yeməkxana ,əsgər yataqxanası və komandir otağında olan hərbir əşya və silahlar ermənilərdən ələ keçirilən qənimətlərdir.

Vətən müharibəsinin hər bir anı  qənimətlər parkında səhnələşdirilib.Bu parkı gəzən hərbir kəs müharibədə düşmənin necə döyüşdüyünü,hansı şəraitdə yaşadığını açıq aydın görə bilər.

Burada Real döyüş səhnələri , qurulan müdafiə səddlərindən açıq aydın görünür. Dağıdılmış 10 səddən ibarət keçilməz deyilən Ohanyan müdafiə xətti də  Bakıdakı parkda olduğu kimi qurulub..

Hərbi qənimətlər parkının qurulması zamanı istifadə olunan materiallar ələ keçirilən qənimətlərdən hazırlanıb.Ermənilərin döyüş meydanında qoyub qaçdığı boş qalmış dəbilqələri üçün də parkda xüsusi yer ayrılıb.

Bu park həmdə ermənilərin arzusunu reallaşdırdı..Belə ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi vaxtiylə Azərbaycanın münaqişənin həll üzrə mövqeyindən çəkilmədiyi təqdirdə erməni tanklarının Bakının küçələrində olacağı ilə bağlı bəyanatlar verirdi. Bəli erməni tankları Bakıya gəldi.Özüdə təəccünü gizlədə  bilməyən bu erməni ilə birlikdə.

Vətən müharibəsində erməni vəhşiliyinin,terrorunun izləri də burda nümayiş olunur.

Park ərazisində yaradılan  video təqdimat bölməsindəki monitorlarda prezident İlham Əliyevin qələbə tvitləri,Vətən müharibəsi ilə əlaqədar çıxışları yer alıb.Ölkə başçısının sərəncamı ilə salınan parkın yaradılmasında əsas məqsəd əsgər və zabitlərimizin döyüş meydanında göstərdiyi misilsiz qəhrəmanlıqlar,eləcə də müasir silah və texnikalardan istifadə edilərək tətbiq olunan taktiki yeniliklər sayəsində qazanılan tarixi zəfərin nümayiş etdirilməsi ,şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsidir.

 

Xəbər lenti