Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

Toy olacaqdı, qarşısı alındı VİDEO

Veb TV | 53 | 10:53 • 12 Aprel 2021
Toy olacaqdı, qarşısı alındı

Tovuzda toy mərasiminin keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.

Çox oxunanlar

XƏBƏRDARLIQ: 3 gün qaldı
386 | 10:27 • 12 May 2021
Bir həftə iş olmayacaq
956 | 17:16 • 19 Aprel 2021