Xəzər Xəbər

Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri Azərbaycandadır video

Veb TV | 22:26 • 11 Aprel 2021
Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri Azərbaycandadır

Xarici ölkələrdən gələn və bu günlərdə işğaldan azad edilmiş ərazilərə səfər edəcək beyin mərkəzlərinin rəhbərləri media nümayəndələri ilə görüşüblər.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi və bundan sonrakı proseslərə diqqət çəkən beyin mərkəzləri mənsubları bir sıra önəmli məqamlara diqqət çəkiblər.

 Təl-Əvivdən (İsrail) olan konfliktologiya üzrə mütəxəssisi Steven Klein bildirib ki, torpaqların azad edilməsi bölgədə yeni imkanlar yaradıb.

Amerikanın "SouthFive Strategies" Amerika-İsrail təşkilatının prezidenti Ceyson Epşteyn  bildirib ki, 30 ildir yurdlarından məhrum olmuş insanların öz evlərinə dönməsi üçün çox münbit şərait yaranıb.

Ukraynadan olan professor Taras Kuzio Ermənistanın mina xəritələrini verməkdən imtina etməsinə diqqət çəkərək, bunun insanlıq əleyhinə cinayət olduğunu vurğulayıb.

Berlində universitetlərdən birinin Azərbaycan tarixi kafedrasının rəhbəri olan Yeva Mariox ermənilərin Almaniyada çoxlu saxta məlumatlar yayaraq cəmiyyətin gerçəkləri öyrənməsinə mane olduğuna diqqət çəkib. Onun sözlərinə görə, bu səfərinin əsas məqsədi geri dönərkən həqiqətləri öz ölkəsində ictimailəşdirməkdir.

Türkiyə və Pakistandan gələn beyin mərkəzlərinin rəhbərləri də Azərbaycanın Vətən müharibəsində böyük uğurlar əldə etdiyini və bölgədəki sülh proseslərinin Ermənistanın davranışlarından asılı olacağını vurğulayıblar.

Qeyd edək ki, beyin mərkəzlərinin rəhbərləri işğaldan azad edilmiş ərazilərə səfərə getməzdən öncə Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla görüşüblər. Nazir 44 günlük Vətən müharibəsi və onun nəticələri barədə onlara ətraflı məlumat verib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti