Xəzər Xəbər

Sumqayıtın bu ərazisindəki elektrik naqilləri təhlükə yaradır video

Veb TV | 20:10 • 11 Aprel 2021
Sumqayıtın bu ərazisindəki elektrik naqilləri təhlükə yaradır

Üstü açıq elektrik naqilləri, hörümçək toruna oxşayan gərginlik şiti.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisindən gedir.

Ərazidə yerləşən kommersiya obyektlərini qidalandıran elektrik şiti bərbad vəziyyətdədir. Naqlillərin bəzilərin ağzı açıq vəziyyətdədir.

Şikayətçilər bildirir ki,  elektrik şiti ərazidə yaşayanlar üçün təhlükəlidir. Hətta elə vaxt olub ki, gecələr bu naqillərdə qısaqapanma da müşahidə edilib.

"Azərişıq" ASC-nin Şimal Regional Enerji Təhcizatı satışı idarəsinin Sumqayıt elektrik şəbəkəsindən "Xəzər Xəbər"ə bildirilib ki, burada olan kabellərin əksəriyyəti gərginliksizdir. Gərginlik altında olan xətlərin isə üstü izolyasiyalıdır, açıq hissəsi yoxudur və həyat üçün heç bir təhlükə daşımır. Elektrik şitində hörümçək toruna bənzər mənzərə isə qısa vaxt ərzində abadlaşdırlacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti