Xəzər Xəbər

"Bandotdel" əməliyyat keçirdi - Bağ evindən 64 kq narkotik tapıldı VİDEO

Veb TV | 20:25 • 10 Aprel 2021
"Bandotdel" əməliyyat keçirdi - Bağ evindən 64 kq narkotik tapıldı

Növbədə polisin keçirdiyi bir əməliyyatın görüntüsü var. Bu əməliyyatla narkotiki xaricdə yaşayan şəxslər alan  satan habelə müştərilərə çatdıran şəxslər tutulub.  Külli miqdarda daha dəqiq desəm 64 kiloqram  narkotik maddə dövriyyədən çıxarılıb.

Daxil olan əməliyyatla polis yolda hərəkətdə olan nəqliyyat vasitəsinin sürücüsünü mühasirəyə alaraq saxlayır.

Görüntülər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyatdandır. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı yüksək təsiredici xassəyə malik ümumi çəkisi 64 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddənin qeyri-müəyyən yollarla ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb. 

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri Müşfiq Mirzəyev və Nadir Babayev yolda saxlanıblar. Nadir Babayevin Novxanı qəsəbəsindəki bağ evinə baxış zamanı oradan, 38 kiloqram 867 qram heroin, 19 kiloqram 960 psixotrop maddə, 1 kiloqram 200 qram tiryək, 3 kiloqram 500 qram marixuana və 448 ədəd narkotik tərkibli satışı qadağan edilən həbləri götürülüb. Ümumilikdə onlardan 64 kiloqrama yaxın narkotik vasitə aşka edilib.

Araşdırma zamanı müəyyən olunub ki, Müşfiq Mirzəyev şəxsiyyəti istintaqa hələlik məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə gətirilməsini təşkil edib. Daha sonra o, şəxsi avtomobili ilə narkotik vasitələri Bakı-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində gizlədilən yerdən götürüb tanışı Nadir Babayevin bağ evinə gətirib. 

Müşfiq Mirzəyev həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı, eləcə də, digər şəhər və rayonlarda müxtəlif yerlərə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təmin etməli imiş. 

Faktla bağlı cinayət işi başlanıb. 

 

 

 

 

Xəbər lenti