Xəzər Xəbər

İlham Hüseynov hər zaman toraqlarımızı azad görmək istəyirdi - Elə bu yolda canını fəda etdi VİDEO

Veb TV | 20:16 • 10 Aprel 2021
İlham Hüseynov hər zaman toraqlarımızı azad görmək istəyirdi - Elə bu yolda canını fəda etdi

Göyçaydan olan İlham Hüseynovun da ən böyük arzusu işğaldakı toraqlarımızın azad olunmasında iştirak etmək idi. Arzusuna da çatdı. Hətta bu yolda canını fəda etdi. Talış-Suqovuşan istiqamətində şəhid olan İlham Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

O da hər zaman işğal altındakı toraqlarımızı azad görmək istəyirdi. Elə bu yolda da canını fəda etdi.

Söhbət Göyçayın Qarayazı kəndindən olan 20 yaşlı şəhid İlham Hüseynovdan gedir. İlham orta məktəbi bitirdikdən sonra 2018-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Nümunəvi xidmətlərinə görə dəfələrlə fəxri fərmanla təltif edilib.

2020-ci ilin aprelində ehtiyata buraxılan İlham Hüseynov ötən il sentyabrın 21-də təlimlərə qatılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində isə ilk günlərdən döyüşlərdə iştirak edib. Onun döyüş yolu Goranboyun Tapqaraqoyunlu kəndi istiqamətindən başlayıb.

İlham Hüseynov sonuncu dəfə oktyabrın 2-də ailəsi ilə əlaqə saxlayıb. 

Talış-Suqovuşan istiqamətində şəhid olan İlham Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. 

Xəbər lenti