Xəzər Xəbər

Tural Gəncəliyev ölümlə hədələndi - Ermənilər deputatı hədəfə aldılar VİDEO

Veb TV | 19:16 • 10 Aprel 2021
Tural Gəncəliyev ölümlə hədələndi - Ermənilər deputatı hədəfə aldılar

Sosial şəbəkələrin Ermənistan seqmenti tərəfindən azərbaycanlılar  hər zaman təhdidlərə məruz qalıb. Hətta bu təhdidlərə qoşulanlar arasında hakimiyyət nümayəndələri də var. Bu dəfə isə Ermənistan prlamentinin əməkdaşı Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyevi başını kəsməklə hədələdi.Bu isə Ermənistanın uzun illərdir yaratdığı Azərbaycanofobia və etnik nifrətin bariz nümunəsidir.

Ermənistan parlamentinin əməkdaşı azərbaycanlı deputatı ölümlə təhdid etdi.

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri, Milli Məclisdə Xankəndini təmsil edən deputat Tural Gəncəliyev Ermənistan parlamentinin əməkdaşı Lilit Gyozalyanın təhdidinə məruz qalıb. Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı Tural Gəncəliyevin Şuşa ilə bağlı paylaşımına "həbsxanada başını kəsəcəyik" deyə şərh yazıb.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı  icmasının sədri Tural Gəncəliyev bundan əvvəl də çoxsaylı təhdidlərlə qarşılaşdığını bildirib.Onun sözlərinə görə xüsussilə müharibə dövründə social şəbəkəlrədən ona saysız hesabsız təhdidlər gəlib.Ermənistan parlamentinin qadın əməkdaşının nifrət dolu bu paylaşımı isə ermənilərdə azərbaycanlılara qarşı olan kin və nifrətin təzahürüdür.

Tural Gəncəliyev onu da bildirdi ki,Ermənistanın uzun illərdir yaratdığı Azərbaycanofobia və etnik nifrətin bariz nümunəsi olan davranışa görə həmin şəxsin tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür" 

Xəbər lenti