Xəzər Xəbər

Sumqayıtda yolun ortasında avtobusdan düşən sərnişini minik avtomobili vurub video

Veb TV | 20:59 • 9 Aprel 2021
Sumqayıtda yolun ortasında avtobusdan düşən sərnişini minik avtomobili vurub

Sumqayıtda avtobus sürücüsü sərnişini yolun ortasında düşürüb. Bu zaman sağdan ötmə əməliyyatı həyata keçirən digər maşın həmin sərnişinə dəyib.

Xezerxeber.az-ın məlumatına görə, hadisəni 7 nömrəli avtobusun sürücüsü törədib.

O, avtobusu yolun ortasında saxladığından kənardan gələn minik avtomobili sərnişini görməyib. Bu zaman qəza qaçılmaz olub. Sumqayıt şəhər sakinləri də avtobus sürücülərinin bu prospektdə tez-tez kobud qayda pozuntularına yol verdiklərini deyirlər.

Qeyd edək ki, hadisə zamanı sərnişin xəsarət almayıb.

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Nəqliyyat MMC-dən "Xəzər Xəbər"ə bildirilib ki, hadisədən xəbərləri var və sürücü də müəyyən olunub. Onun barəsində akt tərtib edilərək Sumqayıt şəhər Yol Polisi Şöbəsinə  göndərilib. Həmin sürücü haqqında ciddi tədbir görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti