Xəzər Xəbər

Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolu tikilir video

Veb TV | 21:11 • 9 Aprel 2021
Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolu tikilir

Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun tikintisi layihəsi icra olunur.

Xezerxeber.az-ın məlumatına görə, yol başlanğıcını Xocavənd rayonunun Hadrut qəsəbəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yoluna birləşir və uzunluğu 43 kilometrdir.

Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Artıq yolboyu genişmiqyaslı tikinti işləri həyata keçirilir.

Hazırda sözügedən avtomobil yolu boyunca torpaq işləri icra olunur. Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 26.5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir.

Yeni Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti