Xəzər Xəbər

İcbari tibbi sığorta bütün ölkəni əhatə edir - Vətəndaşlar tibbi xidmətlərin keyfiyyətindən razıdırmı? video

Veb TV | 21:07 • 8 Aprel 2021
İcbari tibbi sığorta bütün ölkəni əhatə edir - Vətəndaşlar tibbi xidmətlərin keyfiyyətindən razıdırmı?

Aprel ayının 1-dən paytaxt Bakı da daxil olmaqla, bütün ölkəni əhatə edən icbari tibbi sığorta sistemi vətəndaşlara xidmət göstərməyə davam edir. Ancaq bu xidmətlərin səviyyəsinə münasibət birmənalı deyil. Respublika Klinik Xəstəxanasının qarşısında keçirdiyimiz sorğuda aydın oldu ki, bəzi vətəndaşlar müayinə olunarkən problemlə üzləşiblər.

Bununla belə xidmətdən yararlanıb razı qalanlar da var. Bəzi vətəndaşlar isə ümumiyyətlə icbari tibbi sığorta barədə məlumatsız olduqlarını deyiblər.

Xezerxeber.az-ın məlumatına görə, İcbari Sığorta üzrə Dövlət Agentiliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirdi ki, baş verə biləcək neqativ halların aradan qaldırılması və şəffaflığın təmin olunması üçün mütəmmadi yoxlamalar aparılır. Vətəndaş göstərilmiş tibbi xidmətlərin keyfiyyətindən narazı olduqda belə faktlar araşdırılır. Sadəcə olaraq, vətəndaş müraciət zamanı narazı olduğu xəstəxana və həkim barədə dəqiq məlumat verməlidir.

Xatırladaq ki, hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 adda müxtəlif tibbi xidmət daxildir və bura 300-ə yaxın tibbi xidmətin əlavə olunması planlaşdırılır. Sığortaolunanlar ixtisaslı həkimin göndərişi əsasında tibb müəssisəsində bu tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlana bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti