Bakı 9 ℃
Xəzər Xəbər
USD 1.7

İşğaldan azad edilmiş ərazilərə keçmək təhlükəlidir xəbərdarlıq/video

Veb TV | 81 | 20:59 • 8 Aprel 2021
İşğaldan azad edilmiş ərazilərə keçmək təhlükəlidir

Ata minaya düşərək həlak olan iki oğluna görə göz yaşı tökür...

Xezerxeber.az-ın məlumatına görə, ailə faciəsi mart ayının 16-da torpaq çərşənbəsi günü baş verib.

Məcburi köçkün kimi Ağdam rayonunun Əfətli kəndində məskunlaşan Anar, Bayram və Razi Hüseynov qardaşları, sonuncunun 7 yaşlı oğlu Hüseyn Hüseynov azad edilmiş Yusifcanlı kəndinə gedərək bayram tonqalı yandırmaq istəyərkən minaya düşüblər. Razi Hüseynov elə hadisə yerində həlak olub. Bu barədə məlumatı kənd sakinləri, Ağdam rayon Mexaniki Suvarma İdarəsinin Əfətli kənd üzrə sahə rəisi işləyən ataları Akif Hüseynova veriblər. Akif Hüseynov dərhal həmin əraziyə gedib. Ata orda gördüklərini və yaşadıqlarıni bir ömür boyu unutmayacağını deyir.

Hadisə zamanı Akif Hüseynov da ayağından ağır xəsarət alıb. Dərhal əraziyə ANAMA-nın əməkdaşları gəliblər. Kiçik bir araşdırma ilə müəyyən ediblər ki, yaralıların ətrafı minalanmış ərazidir.

Akif Hüseynov Bakıya Travmatalogiya Xəstəxanasına gətirilərək əməliyyat olunub, hazırda vəziyyəti normaldır. Digər oğlu Anar isə Ağcabədi rayon xəstəxanasında müalicə alır. İki oğlunu itirən, bir oğlu və özü ağır yaralanan ata insanlara işğaldan azad edilmiş ərazilərə gizli yollarla getməməyi tövsiyə edir.

Təhlükəli ərazilərə keçərək, həyatını təhlükəyə atanlardan biri də Xocavənd rayonundan olan Asif  Əhmədovdur. O, qardaşı ilə heyvanları otararkən minalara diqqət etməyib. İkisi də minaya düşüb və onlardan biri dünyasını dəyişib. Asif  Əhmədovun isə ayağı amputasiya edilib.

Beyləqan sakini Azad  Muxtarov da diqqətsizliyin qurbanı olub. O, icazə verilməyən ərazilərə dostları ilə gedərkən minaya düşüb və gözünün birini itirib.

İşğaldan azad edilmiş ərazilərdə baş vermiş bədbəxt hadisələr onu deməyə əsas verir ki, rəsmi dövlət qurumlarının müvafiq xəbərdarlıqları əsassız deyil və bu xəbərdarlıqlara riayət etmək olduqca vacibdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Çox oxunanlar

Qubadlının Yuxarı Mollu kəndi video
1,013 | 11:28 • 24 Mart 2021