Bakı 9 ℃
Xəzər Xəbər
USD 1.7

İctimai nəqliyyatda istifadə üçün nəzərdə tutulan məhdud istifadə kartları niyə yoxa çıxıb? video

Veb TV | 120 | 20:34 • 8 Aprel 2021
İctimai nəqliyyatda istifadə üçün nəzərdə tutulan məhdud istifadə kartları niyə yoxa çıxıb?

Əvvəllər "Bakı Kart"ı olmayan vətəndaşlar və ya şəhərə gələn qonaqlar rahatlıqla məhdud istifadə kartlarını ala bilirdilər. Ancaq indi "Bakı Kart"ın digər məhsulu olan bu xidmət növü hansısa səbəbdən işləmir. 

Məsələ ilə bağlı "Xəzər Xəbər"ə açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, müvəqqəti istifadə kartlarında dəyişikliklər edilir. Onun sözlərinə görə, müvəqqəti istifadə üçün nəzərdə tutulan kartların əldə olunmasındakı məhdudiyyət sistemdə aparılan yenilənmə işləri ilə əlaqədardır.

Mais Ağayev onu da qeyd edib ki, birdəfəlik ödənişlərdə yeni vasitələrdən də istifadə olunacaq.  Yaxın zamanda ictimaiyyətə bununla bağlı məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Çox oxunanlar

Qubadlının Yuxarı Mollu kəndi video
1,013 | 11:28 • 24 Mart 2021