Xəzər Xəbər

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisinə başlanılıb video

Veb TV | 20:26 • 8 Aprel 2021
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisinə başlanılıb

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları yenidən qurulur. 

Xezerxeber.az-ın məlumatına görə, başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 66 kilometr təşkil edəcək. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 17 kilometr uzunluğunda yeni avtomobil yolunun da inşası nəzərdə tutulub. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti