Xəzər Xəbər

QMİ sədri Allahşükür Paşazadə və dini konfessiyaların rəhbərləri Ağdamda video

Veb TV | 21:11 • 7 Aprel 2021
QMİ sədri Allahşükür Paşazadə və dini konfessiyaların rəhbərləri Ağdamda

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və ölkədəki dini konfessiyaların rəhbərlərinin Ağdama səfəri başlayıb. 

Xezerxeber.az-ın məlumatına görə, səfər çərçivəsində ilk olaraq Bərdə şəhidlər xiyabanında şəhid məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və ölkəmizdəki dini konfessiyaların rəhbərlərinin Ağdamda ilk səfər etdikləri yer Qarabağ xanlarının türbələrinin yerləşdiyi İmarət qəbiristanlığı və "Qarabağ" futbol klubunun stadionu olub.

Bildirilib ki, qəbiristanlıqda Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, eyni zamanda, İbrahimxəlil xanın və oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, Mehdiqulu xanın qızı, şairə Xurşudbanu Natəvanın məzarları olub. İşğal dövründə abidə və qəbirstanlıq düşmən tərəfindən dağıdılıb. Daha sonra Ağdam şəhidlər xiyabanında Milli Qəhrəman Allahverdi Bağırovun və digər şəhidlərimizin məzarları da ziyarət edilib, ruhlarına dualar oxunub.

Daha sonra Şeyxülislam Allahşükür Paşazadə və digər konfessiya rəhbərləri Ağdamın tək nişanəsi olan Cümə məscidinə gəliblər. Onlar məsciddə illər sonra qılınan ilk camaat namazında iştirak ediblər.

Sonra din xadimləri tərəfindən Quran və şəhidlərin ruhlarına dualar oxunub. 

Əvvəllər Ağdama tez-tez gəldiyini deyən şeyx, rayonun indiki vəziyyətinin onu üzdüyünü bildirib. Qeyd edib ki, düşmən tərəfindən dağıdılan məscidlər bərpa ediləcək.

Səfər çərçivəsində daha sonra digər dağıdılmış abidələr də ziyarət edilib.

Azərbaycanda katolik icmasının başçısı Vladimir Fekete isə Ağdamda gördüklərindən dəhşətə gəldiyini bildirib.

Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski isə gözəl diyarımızı viran qoyanları lənətlədiyini deyib.

İcma rəhbəri işğaldan azad olunmuş torpaqların yenidən bərpa ediləcəyinə əmin olduğu vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti