Xəzər Xəbər

Dövlət qurumlarının əməkdaşları vaksinasiya edilir video

Veb TV | 22:30 • 7 Aprel 2021
Dövlət qurumlarının əməkdaşları vaksinasiya edilir

Dövlət qurumlarında 40 yaşdan yuxarı əməkdaşların kütləvi peyvəndləmə prosesi davam edir, bəzi qurumlarda isə prosesə yeni start verilib.

Xezerxeber.az-ın məlumatına görə, TƏBİB tərəfindən vaksinləmə prosesinə cəlb edilən səyyar briqadalar bu gündən etibarən "Azəriqaz" və Dövlət Neft Şirkətinin əsas binasında peyvəndləmə prosesini həyata keçirirlər.

Dövlət müəssisələrində həyata keçirilən peyvəndlənmədə "Coronavac" vaksinindən istifadə edilir. Vaksinasiya prosesinə nəzarət edən Günel Məmmədova məqsədlərinin əməkdaşların rahatlıqlarını təmin edərək vaksinləşdirməni həyata keçirmək olduğunu bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti