Xəzər Xəbər

Əmək qəhrəmanı Fatma Hüseynovanın evi yenə qarət edilib

Veb TV | 19:42 • 7 Aprel 2021
Əmək qəhrəmanı Fatma Hüseynovanın evi yenə qarət edilib

İmişlidə içində narkotik olan əl çantası oğurlanıb. Çantanın sahibi isə izi itirmək üçün polisə pul və qızılının oğurlandığını deyib.

Xezerxeber.az-ın məlumatına görə, polisə bu yalan məlumatı İmişli rayon, Bəhramtəpə qəsəbə sakini Güluzə Şahverənova verib.

O, şikayətində qeyd edib ki, içərisində 2500 manat pul, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük və şəxsiyyət vəsiqəsinin olduğu çanta naməlum şəxslər tərəfindən qaçırılıb. Bununla bağlı əməliyyat keçirən polis məlumatın yalan olduğunu üzə çıxarıb. Məlum olub ki, əvvəllər məhkum edilmiş Güluzə Şahverənovanın çantasında 48 qramdan artıq heroin olub və bu çanta oğurlanıb.

Davam etdirilən araşdırmalarla heroini oğurlayan şəxslər Bəhrəmtəpə qəsəbə sakinləri Vüqar Quliyev və Osman Abbaslı də saxlanıb.

Qeyd olunan faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Sabirabadda isə sosialist əməyi qəhrəmanı Fatma Hüseynovanın evinə növbəti dəfə oğru girib. Bu dəfə oğru əliboş qalsa da, polisdən yaxasını qurtara bilməyib və Elşən Umudov saxlanıb. Məlum olub ki, o, mart ayı ərzində Fatma Hüseynovanın evindən 28 min manat pul oğurlayıb.

Maraqlıdır ki, Elşən Umudov daha əvvəl də əmək qəhrəmanının evinə girib və ümumilikdə 56 min manatlıq qızıl zinət əşyaları və nağd pul oğurlayıb. Hətta bu oğurluğa görə o, həbsxanaya da düşüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti