Xəzər Xəbər

Azərbaycan jurnalistləri Rusiyadan "İskəndər-M" raketləri ilə bağlı obyektiv cavab gözləyir video

Veb TV | 19:50 • 7 Aprel 2021
Azərbaycan jurnalistləri Rusiyadan "İskəndər-M" raketləri ilə bağlı obyektiv cavab gözləyir

Azərbaycanın bir qrup media nümayəndəsi və blogerlər Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinə müraciət ünvanlayıb.

Xezerxeber.az-ın məlumatına görə, müraciətin edilməsində məqsəd Şuşa şəhərində Rusiyaya məxsus "İskəndər-M" Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkarlanması ilə bağlı bəzi məqamlara aydınlıq gətirilməsidir.

Müraciət edənlərdən biri də Mətbuat Şurasının sədri Əflatun Amaşovdur. Onun sözlərinə görə, Rusiyanın Ermənistanı bu cür silahlarla təmin etməsi beynəlxalq konvensiyalarla qadağandır.

Ə.Amaşov deyib ki, "İskəndər-M" Operativ-Taktiki Raket Kompleksindən Şuşaya atəş açılması bəzi suallara aydınlıq gətirilməsini labüd edir. Məhz bu suallara cavab almaq üçün də jurnalistlər Rusiya səfirliyinə müraciət ünvanlayıblar.

Ə.Amaşov bildirib ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin və digər əlaqədar strukturlarının nümayyəndələri nədənsə bu məsələyə aydınlıq gətirməyə tələsmirlər: "Bu barədə  təhqiqatın başlanması barədə rəsmi bəyanatın da olmaması Azərbaycan ictimaiyyətində ciddi narahatlığa səbəb olur. Məsələ burasındadır ki, bu cür raketlər birbaşa Rusiya rəhbərliyinin icazəsi olmadan atıla bilməz".

Müraciət edən jurnalistlərdən biri, "Azvision.az" saytının baş redaktoru Vüsal Məmmədov da hesab edr ki, Rusiya "İskəndər-M" Operativ-Taktiki Raket Kompleksindən Şuşaya atəş açılması ilə bağlı suallara obyektib cavab verməlidir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti