Xəzər Xəbər

Göyçayda kəsim məntəqəsinin tullantıları ətrafa atılır - sakinlər narahatdır video

Veb TV | 20:14 • 7 Aprel 2021
Göyçayda kəsim məntəqəsinin tullantıları ətrafa atılır - sakinlər narahatdır

Göyçayda heyvanların daxili orqanları və dəriləri açıq havaya, qızmar günəş altına atılır, qanı da ağzı açıq quyulara axıdılır.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Cəyirli kəndi ərazisində olan ət kəsimi məntəqəsində gün ərzində onlarla mal kəsilir.

Sakinlərin sözlərinə görə, son bir neçə gündür ki, əraziyə atılan tullantıların yaydığı üfunət onları ciddi narahat edir.

Kənd sakinlərinin sözlərinə görə, ətrafa səpələnən kəsilmiş heyvan tullantıları üzərinə küçə itləri toplaşır ki, bu da əlavə problem yaradır.

Ət kəsimi məntəqəsinə nəzarət edən Elnur Yəhyayev isə "Xəzər Xəbər"ə bildirdi ki, kəsim məntəqəsinə məxsus ərazidə olan quyuların üstü bağlanacaq, əlavə olaraq ehtiyat üçün 2 ədəd yeni üstübağlı quyu qazılacaq və bununla da sakinlərin narazılıqları aradan qaldırlacaq.

Qeyd edək ki, kəsim məntəqəsi rayon ərazisində qəssab fəaliyyəti ilə məşgul olan bütün  sahibkarlara xidmət edir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti