Xəzər Xəbər

Rusiya Şuşada tapılan "İsgəndər" raketlərinin qalıqları ilə bağlı açıqlama verməlidir video

Veb TV | 21:11 • 6 Aprel 2021
Rusiya Şuşada tapılan "İsgəndər" raketlərinin qalıqları ilə bağlı açıqlama verməlidir

Rusiya Şuşada tapılan "İsgəndər" raketlərinin qalıqları ilə bağlı açıqlama verməlidir.

Xezerxeber.az-ın məlumatına görə, bunu millət vəkili Cavid Osmanov deyib.

O xatırladıb ki, martın 15-də Şuşada "İsgəndər-M" raketlərinin qalıqları tapıldı. Minatəmizləmə Agentliyinin məlumatına görə, raketlər tam partlayıb. Şuşada "İsgəndər" raketlərinin tapılması həm yerli, həm də xarici mediada geniş dərc edildi. Hətta ixracı qadağan olan "İsgəndər-M" raketlərinin Ermənistana necə verilməsi ilə bağlı suallar da səsləndirildi. Lakin bütün bunlara baxmayaraq Rusiya tərəfindən hələ də rəsmi açıqlama verilməyib.

Cavid Osmanov bildirib ki, Tovuz döyüşləri zamanı Rusiyadan Ermənistana müxtəlif yollarla xeyli silah-sursat daşınıb. Onun 44 günlük müharibə dövründə də Ermənistana dəstək verməsi heç kəsə sirr deyil. Elə bu gün də Rusiyadan Ermənistana tank ehtiyat hissələri göndərmək istəyən şəxs saxlanılıb. Bu məsələlər də ciddi araşdırılmalı və nəticəsi barədə ictimaiyyətə məlumat verilməlidir.

Millət vəkili Cavid Osmanov vurğulayıb ki, Rusiyanın Xarici İşlər və Müdafiə nazirlikləri məsələ ilə bağlı rəsmi açıqlama verməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar