Xəzər Xəbər

Vətəndaşlar parklara axın edir - Koronavirus unudulub? video

Veb TV | 20:59 • 5 Aprel 2021
Vətəndaşlar parklara axın edir - Koronavirus unudulub?

Hava isindiyindən azyaşlı övladı olan valideynlər uşaqları ilə birgə parklara axışıblar. Burada sözün əsl mənasında virus unudulub, böyük və kiçiklər arasında ara məsafəsi itib, uşaqlar arasında isə ümumiyyətlə maska taxana rast gəlinmir. Bir ildir ki, isti havada parkda əylənmək həsrəti çəkən uşaqlar gözəgörünməz təhlükədən xəbərsiz oynamağın dadını çıxarırlar...

Xezerxeber.az-ın məlumatına görə, gündəlik yoluxma sayının iki mindən artıq olduğu bu günlərdə uşaqların əyləncəsinin belə təşkil edilməsi olduqca təhlükəlidir. Çünkü virusun gizli daşıyıcıları hesab edilən uşaqların bu formada əylənməsi yoluxanların sayını daha da artıra bilər.

Uşaqların əyləndiyi atraksionların dezinfeksiya edilib-edilməməsi isə ayrı məsələdir. Hər nə qədər bu atraksionlara nəzarət edənlər dezinfeksiya edildiyini desələr də, biz ərazidə heç bir təmizləyici vasitəyə rast gəlmədik.

Həkim-infeksionist Natiq Əliyev bildirdi ki, son vaxtlar yoluxanlar arasında kifayət qədər uşaqlar da var.

Odur ki valideynlər bu məsələdə olduqca diqqətli olmalı, gigiyena qaydalarına əməl etməli və uşaqlarına maska taxmalıdırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti