Xəzər Xəbər

Sosial yardımın məbləği artıb video

Veb TV | 20:07 • 5 Aprel 2021
Sosial yardımın məbləği artıb

Ünvanlı dövlət sosial yardımının məbləği artıb.

Xezerxeber.az-ın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib ki, artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.6 faiz təşkil edib.

Qeyd edək ki, 18 yaşdan yuxarı ailə üzvlərinin razılığı əsasında notariusda ailənin təmsilçisi seçilir və həmin şəxsə təmsilçilik ərizəsi təqdim olunur. Həmin şəxs təmsilçilik ərizəsi ilə elektron qaydada müraciət edir. Hər hansı bir məlumatı sistemə daxil edərkən gizlədən ailəyə ünvanlı sosial yardım təyin edilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

Xəbər lenti