Xəzər Xəbər

Çox keçməz qələbə xəbərini eşidəcəksiniz - Sübhanın bu müjdəsi çox çəkmədi VİDEO

Veb TV | 20:32 • 4 Aprel 2021
Çox keçməz qələbə xəbərini eşidəcəksiniz - Sübhanın bu müjdəsi çox çəkmədi

Vətən müharibəsi qəhrəmanlarını tanıtmaqda davam edirik. Sıradakı qəhrəmanımız da vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılır. Söhbət Sübhan Cəfərovdan gedir. O, Tərtərin Talış istiqamətində gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərib. Ötən il oktybarın 10-da elə Talış kəndi istiqamətində gedən döyüşlərdə də şəhadətə ucalıb. Sübhan Cəfərov ölümündən sonra ''Vətən uğrunda'' medalı ilə təltif edilib.

"Döyüşlər uzun çəkməyəcək, çox keçməz qələbə xəbərini eşidəcəksiniz". 

Yaxınları ilə danışanda hər dəfə bu cümlələri işlədirmiş..Elə hər şey onun dediyi kimi də oldu. Müharibə cəmi 44 gün davam etdi və şanlı ordumuz düşməni sarsıdıcı məğlubiyyətə uğratdı...Özü isə bu qələbədə pay sahibi oldu..Söhbət Vətən müharibəsində şəhadətə ucalmış Sübhan Cəfərovdan gedir.

Sübhan Cəfərov 1999-cu ildə Ağsu şəhərində anadan olub. 2017-ci ildə həqiqi hərbi xidmətə gedib və xidmətini başa vurduqdan sonra ailəsinin yanına qayıdıb. Ötən il sentyabrın 27-də vətən müharibəsi başlayanda minlərlə gənc kimi o da könüllü olaraq döyüşlərə qatılıb.

O,Tərtərin Talış kəndi istiqamətindəki döyüşlərdə sücaət göstərib. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəmanlarımızdan biri olub. Oktyabrın 10-da Talış kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Qohumları, dostları Sübhanın cəsur, qorxmaz olduğunu bildirirlər. Onların sözlərinə görə Sübhan işğalda olan torpaqlarımızın azad olunması arzusuyla yaşayıb.

Şəhid Sübhan Cəfərov Ağsu şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra o, "Vətən uğrunda" medalı ilə təltif olunub.    

 

Xəbər lenti