Xəzər Xəbər

4 günlük müharibə və ya Ermənistanın acı taleyinin başlandığı gün VİDEO

Veb TV | 20:26 • 4 Aprel 2021
4 günlük müharibə və ya Ermənistanın acı taleyinin başlandığı gün

tarixə 4 günlük müharibə kimi düşən aprel döyüşlərinin əhməyyəti nə idi? nəyə görə aprel döyüşləri böyük zəfərin başlanğıcı hesab olunur? təbii ki, bunu təsdiqləyən bir çox faktlar və hadisələr var. belə ki, həmin vaxt ermənistan nəinki hərb meydanında, həmçinin siyasi arenada da uduzmuşdu və irəvanın o dövrdəki rəhbərliyi məğlubiyyətin əvəzini verdiyi vədlərə xilaf çıxmaqla sığortalamağa çalışdı. ancaq bu, ermənistana daha baha başa gəldi. danışıqlar masasında başa düşməyən ermənistan dəmir yumruqla başa salındı. mövzunu poltoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru əlumusa ibrahimovla davam etdirmişik. 

Cəmi 4 gün davam etdi Aprel döyüşləri. Ancaq bu qısa müddətdə ordumuz ermənilərin nəinki illərdir tikib-qurduğu müdafiə istehkamlarını, həmçinin erməni mifini də alt-üst etdi. 4 gün ərzində düşmənin 320-dən artıq hərbi qulluqçusu məhv edildi, 500-dən çox hərbçisi yaralandı. 30-dək tankı və zirehli texnikası sıradan çıxarıldı, 25-dən çox zirehli texnikası sıradan çıxarıldı. Ən əsası, birinci Qarabağ müharibəsindən sonra ilk dəfə xalqımız zəfərin dadını yaşadı, Lələtəpə yüksəkliyi ələ keçirildi, bir sıra vacib yüksəkliklər işğaldan azad edildi. 

Politoloq Əlimusa İbrahimov deyir ki, Aprel döyüşləri Azərbaycanın həm hərbi, həm də siyasi qələbəsi ilə yekunlaşdı. Ermənistan rəhbərliyi gördü ki, Azərbaycan danışıqlar masasında olduğu kimi, döyüş meydanında da qətiyyətlidir və münaqişənin hərb yolu ilə həlli variantının da olduğuna inandılar. 

Əlimusa İbrahimov deyir ki, Ermənistan bu gün də 4 günlük müharibədəki uğursuzluğun acısını yaşayır. İrəvanın həmin dövrdəki siyasi hərbərliyi məhz aprel döyüşlərindəki acı məğlubiyyətə görə hələ də məhkəmələrdə sürünür.

Politoloq deyir ki, Ermənistan aprel döyüşlərindəki acı məğlubiyyətdən dərs çıxarmamış siyasi arenada da bağışlanılmaz addım atdı. Həmin vaxt torpaqların sülh yolu ilə geri qaytarılacağı vədi ilə döyüşlərin dayandırılmasına nail olan İrəvanın o dövrdəki hərbi-siyasi rəhbərliyi vədinə xilaf çıxmaqla erməni xalqına da xəyanət etmiş oldu. Nəticə isə göz qabağındadır: 44 günlük müharibə və ermənistanda yaranan mövcud xaos. 

Bəli, Paşinyanın haqqında danışdığı həmin sənəd isə çox çəkmədi ki, kapitulyasiya sənədi ilə əvəzləndi. 21-ci əsrin ilk hərbi kapitulyasiyası. Azərbaycan ordusunun dəmir yumruq əməliyyatından sonra Ermənistan işğal altındakı digər torpaqları da Azərbaycana qaytarmağa məcbur edildi.

Xəbər lenti