Xəzər Xəbər

İsmayıllıya dolu və qar yağdı VİDEO

Veb TV | 20:39 • 4 Aprel 2021
İsmayıllıya dolu və qar yağdı

Ötən  gün axşam saatlarında İsmayıllı rayonu ərazisinə dolu yağıb. Dolunun ardınca qarın da yağması bəzi yollarda çətinlik yaradıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Ötən gün axşam saatlarında İsmayıllı rayonuna əvvəlcə dolu, daha sonra qar və yağış yağıb.

Dolu səbəbindən İsmayıllı-Qəbələ yolunda avtomobillərində hərəkətində çətinliklər yaranıb. 

Dağlardan gələn sel suları və lil İsmayıllı-Lahıc yoluna tökülüb və burada da ləngimələr müşahidə edilib. Bir sira kəndlərdə elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb.  

Yol idarəsinin texnikası və canlı qüvvəsi əraziyə cəlb edilib, İsmayıllı-Lahıc və Muğanlı-İsmayıllı-Qəbələ yolunun təmizlənməsi üçün tədbirlər görülüb.

Dolu, qar və yağışın yağması təsərrüfatlara da ziyansız ötüşməyib.

Ən çox yağıntı rayonun İstisu və Topçu kəndləri ərazisinə düşüb. Doludan sonra kəndlərə qar yağıb.

 

Xəbər lenti