Xəzər Xəbər

Nazir: Yoluxma sayı azaldığı halda ənənəvi təhsilə keçməyin tərəfdarıyıq video

Veb TV | 20:50 • 3 Aprel 2021
Nazir: Yoluxma sayı azaldığı halda ənənəvi təhsilə keçməyin tərəfdarıyıq

Yoluxma sayı azaldığı halda ənənəvi təhsilə keçməyin tərəfdarıyıq. 

Xezerxeber.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "facebook" səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda deyib.

Nazir qeyd edib ki, məktəblərin sonrakı fəaliyyəti ilə bağlı qarşıdakı həftələrdə proqnoz vermək mümkün olacaq.

Bildirilib ki, bağlanmış məktəblərin çoxu Bakı və Sumqayıt şəhərlərinin payına düşüb. Bu səbəbdən ümumtəhsil müəssisələri ilə bağlı verilmiş qərarda əsas məqsəd şagirdlərin sağlamlığını qorumaq olub.

Həmçinin yaşından asılı olmayaraq, bütün təhsil işçilərinin vaksinasiyasına başlanır. Təhsil naziri müəllimlərin vaksinasiyasının nəticələrinin aprelin sonu mayın ortaları üçün özünü biruzə  verəcəyinə ümid etdiyini açıqlayıb. Nazir  bağçaların bağlanması məsələsinə də aydınlıq gətirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

 

Xəbər lenti