Xəzər Xəbər

"ASAN xidmət" əməkdaşları vaksinasiya olunur VİDEO

Veb TV | 20:53 • 2 Aprel 2021
"ASAN xidmət" əməkdaşları vaksinasiya olunur

Bu gündən etibarən Bakıdakı dövlət müəssisələrində vaksinasiya prosesinə başlanıb. İlkin olaraq 1 saylı "ASAN xidmət" Mərkəzinin əməkdaşları peyvənd olunub. 

Bu gündən etibarən dövlət müəssisələrinin işçiləri yerində səyyar briqadalar təşkil olunmaqla vaksinasiya olunacaqlar. İlkin mərhələdə 1 saylı "ASAN xidmət"in əməkdaşları peyvənd edilib. 

Mərkəz əməkdaşları əvvəl qeydiyyatdan keçib, sonra isə vaksin otağında peyvənd olunublar. Onlar özlərini yaxşı hiss etdiklərini, bu vaksini çoxdan gözlədiklərini bildiriblər.

Qeyd edək ki, vaksinasiya prosesi digər dövlət qurumları arasında da davam etdiriləcək. Artıq bəzi dövlət qurumlarının müraciətləri qeydə alınıb. Bunu Təbibin Sənədlər və Vətəndaş Müraciətləri ilə İş departamentinin müdiri  Aygün Əluyeva deyib.

Qeyd edək ki, bugünkü prosesdə 75 nəfər asan xidmət əməkdaşı iştirak edib.

Xəbər lenti