Xəzər Xəbər

Şəhid Etibar Cəfərov - Ən böyük arzusu torpaqlarımızın düşməndən geri alınması idi VİDEO

Veb TV | 20:30 • 2 Aprel 2021
Şəhid Etibar Cəfərov - Ən böyük arzusu torpaqlarımızın düşməndən geri alınması idi

Vətən müharibəsində tarixi qələbəmizin qazanılmasında payı olanlardan biri də gizir Etibar Cəfərovdur. Hərbçi ailəsində böyüyən Etibar daim torpaqlarımızı azad etmək arzusuyla yaşayıb. Vətən müharibəsinin ilk günündən Murovdağ istiqamətində gedən döyüşlərə qatılır. O, ötən il sentybarın 28-də qəhrəmancasına şəhid olur. Etibar Cəfərov ölümündən sonra bir neçə medalla təltif edilib. 

Şəmkirdə doğuldu, hərbçi ailəsində böyüdü, torpaqlarımızı işğaldan azad etmək üçün atasının yolunu davam etdirməyi özünə borc bildi. 

Hərbi xidmətdən qayıdan kimi gizirlər məktəbinə yazıldı. 18 il nümunəvi xidmət etdi, 2016-cı ilin aprel döyüşlərinə qatıldı. Vətən müharibəsində isə öz ülvi amalına qovuşdu...Söhbət 44 günlük vətən müharibəsində şəhadətə ucalmış gizir Etibar Cəfərovdan gedir. 

İki uşaq atası olan şəhid gizirimiz işğalda olan torpaqlarımızın azad edilməsi arzusuyla yaşayıb, heç bir təhlükə onu qorxutmayıb. Vətən müharibəsinin ilk günündən də ən gərgin nöqtələrdən hesab edilən  Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edərək böyük qəhrəmanlıqlar göstərib. Tovuz döyüşlərində şəhid olmuş hərbçi dostları və komandirlərinin itkisi ilə barışa bilməyən Etibar həm də onların qisasını almağa can atırdı. O, ötən il sentybarın 28-də qəhrəmancasına şəhid olur. Yaşasaydı bugün 38 yaşını ailəsi ilə birlikdə qeyd edəcəkdi. 

Etibar Cəfərov ölümündən sonra ''vətən ugrunda'' , ''igidliyə görə '' və ''kəlbəcərin azad olunmasına görə '' medalları ilə təltif olunub. 

Xəbər lenti