Xəzər Xəbər

Bu şəxslərə şad xəbər: 2024-cü ilə kimi pulsuz olacaq VİDEO

Veb TV | 22:36 • 1 Aprel 2021
Bu şəxslərə şad xəbər: 2024-cü ilə kimi pulsuz olacaq

Bu gündən etibarən İcbari Tibbi Sığorta ölkənin bütün şəhər və rayonlarını əhatə edəcək. Vətəndaş xidmətlər zərfində daxil olan 2550 xidmətdən pulsuz istifadə imkanı qazanacaq. Xidmətdən istifadə üçün bəzi məhdudiyyətlər də aradan qaldırılıb. Belə ki, son qərara əsasən, artıq rayon qeydiyyatında olub Bakıda yaşayan şəxslər də paytaxtda İcbari Tibbi Sığortadan yararlana biləcəklər. Bəs işsiz vətəndaşlar və ya pensiyaçıların da icbari tibbi sığortadan istifadə hüquqi varmı?  Cavabı təqdim edəcəyimiz sujetdə biləcəyik.

Pensiyaçılar və işsiz şəxslər də icbari tibbi sığortanın xidmətlər zərfindən ödənişsiz istifadə edə biləcəklər.

İcbari Tibbi sığorta agentliyinin departemanet rəhbəri Vüqar Qurabanov bildirdi ki, icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edir. Onun sözlərinə görə Pensiyaçılar və işsiz vətəndaşların da tibbi xidmətlər zərfindən istifadə hüquqi var. Əvvəlki qərara əsasən, rayon qeydiyyatında olub Bakıda yaşayan şəxslər icbari tibbi sığortadan istrifadə üçün yaşadıqları yer üzrə qeydiyyata düşməli idilər. Lakin müştərək maliyyələşmə məbləği ləğv olunduğuna görə, həmin şəxslər də paytaxtda tibbi xidmətlərdən yararlana biləcəklər.

Pandemiya şəraitinə görə bəzi xəstəxanalarda icbari tibbi sığortanın tətbiqində çətinliklər var. Vüqar Qurbanov qeyd etdi ki, həmin tibb müəssisələrinin yaxınlığında yaşayan sakinlərin də xidmətdən istifadə etməsi üçün imkanlar yaradılıb.

Vətəndaşlar icbarı tibbi sığortadan yararlanmaq üçün ilk növbədə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə yaxınlaşmalıdır. Vətəndaş ailə həkimi seçdikdən sonra müayinə və ya müalicə edilir. İxtisaslı tibbi yardıma ehtiyac olduğu təqdirdə, göndəriş əsasında ixtisaslı həkimə yönləndirilir. Göndəriş əsasında xəstəxanalara gedən vətəndaşlardan qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsi tələb olunacaq. Qeyd edə ki, vətəndaşların xidmətlər zərfi çərçivəsində 2550 sayda tibbi xidmətdən istifadə etməsi mümkündür.

Xəbər lenti