Xəzər Xəbər

Kimisi atası, kimisi yoldaşı, kimisi isə övladı üçün ağac əkdi VİDEO

Veb TV | 22:03 • 31 Mart 2021
Kimisi atası, kimisi yoldaşı, kimisi isə övladı üçün ağac əkdi

"Bir ağac əkmək təbiəti yaşatmaq deməkdir. Bu ağacları əkməklə bizə qələbəni yaşadanları bir daha yaşadacayıq." Bu fikirlər bu gün Qaradağ rayonu Lökbatan qəsəbəsində şəhidlərimiz üçün keçirilən ağacəkmə aksiyasında səsləndirilib. Şəhid yaxınlarının da iştirak etdiyi aksiyada ilkin olaraq 80 ağac əkilib.

Kimisi atası,kimisi yoldaşı,kimisi isə övladı üçün ağac əkdi.

Paytaxtın Lökbatan qəsəbəsində şəhid ailələri ilə birlikdə ağacəkmə aksiyası keçirilib. Bu yolla təsəlli tapan şəhid yaxınları əkdikləri ağacların övladlarına, nəvələrinə ümid olacağını deyirlər. Bu gün onların hər birinin ortaq fikri odur ki, əkilən hər bir ağac 3000-ə yaxın evdən gedən ailə başçısı, oğul, ata deməkdir. Bu ağaclar böyüdükcə, pöhrələndikcə bizim övladlarımız şəhidlərimizin yenidən yaşadığını görəcəklər. 

Aksiya çərçivəsində ilkin olaraq 80 ağac əkilib. 

Aksiyada şəhidlərimizin döyüş yoldaşları, qazilər də iştirak ediblər.

Sonda isə şəhid yaxınlarına üzərində şəhidlərin adları qeyd edilmiş dibçəklər də hədiyyə edilib.

 

 

 

Xəbər lenti