Xəzər Xəbər

Azərbaycanda dəhşət: kişi ailəsinin gözü qarşısında güllələndi ANBAAN VİDEO

Veb TV | 21:21 • 30 Mart 2021
Azərbaycanda dəhşət: kişi ailəsinin gözü qarşısında güllələndi

Cəlilabadda həmkəndlilər arasında yaranan mübahisə insidentlə nəticələnib. Kürəkən keçmiş qaynatasını ailəsinin gözü qabağında tüfənglə güllələyib. Küçədə baş verən güllələnmənin görüntüləri də yayılıb.

Keçmiş kürəkən ailəsinin gözü qarşısında keçmiş qayınatasını güllələyib.

Cəlilabadda baş vermiş insidentin görüntüləri yayılıb. Kənd sakinləri tərəfindən lentə alınan görüntülərdə bir nəfərin iki kişi və bir neçə qadın tərəfindən tərksilah edildiyi görünür.

Hadisə rayonun Hacıcavad kəndində baş verib. Kənd sakini, 1952-ci il təvəllüdlü Sabir Əmirov həmkəndlisi, 1968-ci il təvəllüdlü Rahib Məmmədov tərəfindən odlu silahla güllələnib. Sabir Əhmədov deyir ki, əslində hədəfdə onun qardaşı olub.

Güllə Sabir Əmirovun ayağına dəyib. Məlum olub ki, hadisəni törədən Rahib Məmmədov yaralanan Sabir Əmirovun keçmiş kürəkəni olub. Onun qızı boşandığından aralarında ədavət yaranıb. 

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi Rahib Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Sabir Əmirovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb. Rahib Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

 

Xəbər lenti