Xəzər Xəbər

"Xəzər TV"də yeni serial - "13-cü mənzil"də kimlər və nələr olacaq? video

Veb TV | 20:22 • 28 Mart 2021
"Xəzər TV"də yeni serial - "13-cü mənzil"də kimlər və nələr olacaq?

Sabahdan etibarən Xəzər Televiziyasında yeni serial izləyicilərə təqdim olunacaq. 

Xezerxeber.az-ın məlumatına görə, melodram janrında olan "13-cü mənzil" serialında 3 fərqli xarakterdə olan qadınların bir evdə yaşamasından bəhs edilir. Xanımların bir-birlərinə olan münasibətləri yaxşı olsa da, sonra təsadüfən bəlli olur ki, üçü də eyni adamı sevirlər. Serialın adının məhz "13" seçilməsi də təsadüfi deyil. Çünki 13 rəqəmi "1 kişi və 3 qadın"ı ifadə edir.

Filmin baş qəhrəmanlarından biri aktyor Rüfət Nəzərdir. Zaur obrazını canlandıran aktyor ilk dəfədir ki, belə janrda çəkildiyini deyir. Serialda həkim-cərrah rolunda çıxış edən Zaur yoldaşını sevsə də, səhvləri də olur. Aktyor sonda kimi seçəcəyini sirr kimi saxlayır.

Xəyanətə uğrasa da təmkinli olan Xalidə obrazını isə tanınmış aktrisa Xəyalə Quliyeva canlandırır.

Ekran işinin üç gözəl xanımından biri, gənc sevgili rolunu oynayan Üzəl Kərimova canlandırdığı Lalə obrazı ilə heç bir oxşarlığının olmadığını deyir.

İlk dəfədir ki, öz adı ilə eyni obrazı canlandıran aktrisa Günay Əhməd oynadığı rolun bəzi xüsusiyyətlərini daşıdığını və bu obrazı asanlıqla canlandırdığını deyir.

Serialda hadisələrin necə cərəyan edəcəyi, sonda nələrin olacağını bilmək üçün həftə içi hər gün saat 15:00-da Xəzər Televiziyasında "13-cü mənzil" serialını izləməyi unutmayın.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti