Xəzər Xəbər

Gəncədə qonşularının evini qarət edən şəxs saxlanılıb video

Veb TV | 21:34 • 27 Mart 2021
Gəncədə qonşularının evini qarət edən şəxs saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qonşularının evinə qanunsuz olaraq daxil olaraq oradan oğurluq edən şəxs saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, aparılan araşdırmalar nəticəsində məlum olub, əvvəllər məhkum olunmuş, şəhər sakini Kərim Məmmədov iki fərdi yaşayış evinə daxil olaraq oradan məişət əşyaları oğurlayıb, daha sonra həmin əşyaları başqa şəxslərə dəyərindən aşağı qiymətə satıb.

Maddi sübutlar ilə birlikdə saxlanılan Kərim Məmmədov barəsində cinayət işi başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti