Xəzər Xəbər

Sumqayıtda ağacları hasara alıb tikinti aparılır video

Veb TV | 21:53 • 27 Mart 2021
Sumqayıtda ağacları hasara alıb tikinti aparılır

Sumqayıt şəhəri, Sülh prospektində sağlam, inkişafda olan 3 ağac tikilməkdə olan obyektin içərisində qalıb. İddiaya görə, ağaclar hər an kəsilə bilər.

Xezerxeber.az-ın məlumatına görə, şəhər sakini Fuad Xəlilova məxsus obyekt tikilərkən 12 kvadratmetrlik ərazi dəmir konstruksiyalarla əhatəyə alınıb. Ancaq tikinti elə aparılıb ki, yaxınlıqda olan 3 ağac obyektin içərisində qalıb. Ağacların sonrakı taleyi müəmmalı qalır.

Obyekt sahibi Fuad Xəlilovun sözlərinə görə, həmin ərazi 2015-ci ildə çıxarış sənədi ilə alınıb.Obyektin tikintisi üçün bütün qurumlardan müvafiq icazə alınıb.

Fuad Xəlilov söz verib ki, ağacların heç biri kəsilməyəcək və onların qorunması üçün təhlükəsizlik tədbirləri görüləcək.

Sumqayıt şəhər 4 saylı Ekologiya və təbii sərvətlər şöbəsindən isə bildirildi ki, problemdən məlumatlıdırlar və obyekt sahibi cərimə edilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsindən isə qeyd edilib ki, vətəndaş qeyri-iş günləri olmasından istifadə edib, qanunsuz tikinti həyata keçirib.

''Xəzər Xəbər''in hadisəni işıqlandırmasından sonra əraziyə gələn Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları qeyri-qanuni tikilən obyektin dəmir konstrukisylarını sökməyə başlayıblar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti