Xəzər Xəbər

Avtomobili olmayan şəxsə cərimə bildirişi göndərilir video

Veb TV | 20:47 • 27 Mart 2021
Avtomobili olmayan şəxsə cərimə bildirişi göndərilir

Qubada fəhlə işləyən Neftçala rayon sakini Cəfər Məmmədov bir müddətdir ki, anlaşılmaz vəziyyətlə üz-üzə qalıb. Onun avtomobili və sürücülük vəsiqəsi olmadığı halda, Bakı Nəqliyyat Agentliyinin başqa şəxsə yazdığı cərimələrlə bağlı məlumatlar SMS şəklində ona göndərilir.

Xezerxeber.az-ın məlumatına görə, Cəfər Məmmədov deyib ki, indiyədək ona 190 manat məbləğində cərimə SMS-si göndərilib. 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev "Xəzər Xəbər"ə bildirdi ki, inzibati tənbehvermə haqqında qərar ASAN ödəniş sistemi vasitəsi ilə hər bir sürücünün elektron kabinetində qeyd etdiyi mobil nömrəsinə göndərilir. Onun sözlərinə görə, istənilən nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınarkən həmin avtomobili idarə edən sürücü özünə məxsus mobil nömrəni şəxsi elektron kabinetində qeyd edir. Uyğunsuzluq da məhz elektron kabinetdəki məlumatlarla bağlıdır. Uyğunsuzluğu aradan qaldırmaq üçün vətəndaş Cəfər Məmmədov mütləq şəkildə Daxili İşlər Nazirliyi və ya ASAN xidmətə müraciət etməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti