Xəzər Xəbər

Üç medalla təltif olunmuş şəhid Sabir Heydərovun şərəfli döyüş yolu video

Veb TV | 19:42 • 27 Mart 2021
Üç medalla təltif olunmuş şəhid Sabir Heydərovun şərəfli döyüş yolu

Vətən müharibəsində böyük şücaət göstərmiş igidlərimizdən biri də Sabir Heydərov olub.

Xezerxeber.az-ın məlumatına görə, Sabir Heydərov 1998-ci il iyunun 27-də Şamaxı rayonunun Şərədil kəndində anadan olub. 

Sabir  2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə kiçik gizir hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edib. Sabir Heydərov uzun müddət əlbəyaxa döyüş növləri ilə məşğul olub. Qəhrəmanımız hərbçi olmaq, xüsusi təyinatlı kimi yetişmək arzusunda olduğundan təhsilini də bu sahədə davam etdirib.

Vətən müharibəsi başlayar-başlamaz Sabir də əzmlə döyüşə atılanlardan olub. İlk döyüş tapşırığını yerinə yetirməyə Murov istiqamətindən başlayıb. Ordumuz düşmənin xeyli sayda canlı qüvvəsini, texnikasını və postunu darmadağın edərək düşmənin geri çəkilməsinə müvəffəq olur. İlk tapşırıq uğurla yerinə yetirildikdən sonra Sabir və yoldaşları növbəti ərazilərə cəlb edilib.

 Sabir Heydərov  Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb.

O, oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Onun atası Ceyhun Heydərov da birinci Qarabağ müharibəsi iştirakçısıdır.

Sabir Heydərov  Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.  Ölümündən sonra kiçik gizir Sabir Heydərov "Cəbrayılın azad olunmasına görə ", "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti