Xəzər Xəbər

Avtomobildən küçəyə zibil atan sürücülər cərimə olunacaqlar video

Veb TV | 20:18 • 26 Mart 2021
Avtomobildən küçəyə zibil atan sürücülər cərimə olunacaqlar

Avtomobildən küçəyə zibil atan sürücülər kameralarla aşkar ediləcək və 40 manat məbləğində cərimə olunacaqlar.

Bu barədə məlumatı ''Xəzər Xəbər'' ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli deyib.

Onun sözlərinə görə, xüsusi texniki vasitələrlə, eləcə də yol polisinin müşahidələrinə əsasən bir sıra sürücülər idarə etdikləri avtomobillərdən ətrafa müxtəlif növ tullantılar atırlar. Belə hallar paytaxtın ümumi görüntüsünə təsir etməklə yanaşı, ekologiyanın çirklənməsinə, xüsusən pandemiya dövründə müxtəlif növ infeksiyaların yayılmasına səbəb olur.

Araz Əsgərli deyib ki, belə hallar həm ərazidə xidmət aparan yol polisləri, həm də təhlükəsiz şəhər kameraları ilə nəzarətətdə saxlanılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti