Xəzər Xəbər

Kür çayında suyun səviyyəsi azalır video

Veb TV | 20:07 • 26 Mart 2021
Kür çayında suyun səviyyəsi azalır

Son günlər havaların qeyri-sabit, qarlı-yağışlı keçməsinə baxmayaraq,  Kür çayında suyun səviyyəsi artmaq əvəzinə günbəgün azalır. Bu hal daha çox çayın aşağı axarında-Salyan rayonu ərazisindən keçən hissəsində müşahidə olunur.

Xezerxeber.az-ın məlumatına görə, çayın mənbəyinin 36 faizini əriyən qarlar, 30 faizini yeraltı qrunt suları, 20 faizini yağış, 14 faizini isə buzlaqlardan əriyib axan sular təşkil edir. Demək olar ki, hər gün çayda suyun səviyyəsi 10-15 santimetr, bəzi hallarda isə 20 santimetrdən də çox aşağı düşür. Bu da sakinlərin narahatlığına səbəb olub.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, suyun səviyyəsinin azalması müvəqqəti xarakter daşıyır.

Qeyd edək ki, təkcə son 10 gündə çayda suyun səviyyəsi təxminən 80 santimetr azalıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti