Xəzər Xəbər

Xüsusi təyinatını uğurla yerinə yetirmiş qəhrəman Tural Rəşidov video

Veb TV | 19:31 • 26 Mart 2021
Xüsusi təyinatını uğurla yerinə yetirmiş qəhrəman Tural Rəşidov

Vətən müharibəsində böyük şücaət göstərmiş igidlərimizdən biri də Tural Rəşidov olub.

Xezerxeber.az-ın məlumatına görə, uşaqlıqdan mərdliyi və vətənpərvərliyi ilə seçilən Tural ikinci Vətən müharibəsinin elə ilk günlərindən cəbhəyə yollanıb.

Balakən rayonunun Tülü kənd sakini, xüsusi təyinatlı bölüyün giziri Tural Rəşidov Murovdağ, Füzuli, Cəbrayıl və  Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. Hərbi hazırlığı, gücü ilə yağıların ürəyinə od salan gizir Tural Rəşidov döyüşlərdə böyük şücaət göstərib.

Tural Rəşidov ötən il oktyabrın 15-də döyüşlərin birində qəhrəmancasına şəhid olub.

Şəhidimiz  ölümündən sonra "Qarabağ'' ordeni , eləcə də "Vətən uğrunda'', Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına gorə" medalları ilə təltif olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti