Xəzər Xəbər

Fərdi evlərin qazlaşması necə həyata keçirilir? video

Veb TV | 19:37 • 24 Mart 2021
Fərdi evlərin qazlaşması necə həyata keçirilir?

"Fərdi qazlaşma işləri vətəndaşla podratçı təşkilat arasında bağlanmış müqavilə əsasında həyata keçirilir".

Xezerxeber.az-ın məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin şöbə rəisi Teymur Cəfərov deyib.

O bildirib ki, küçə xətti mövcud olduqda ilk növbədə vətəndaş ərizə və mülkiyyəti təsdiq edən sənədlə bu sahəyə xüsusi icazəsi, lisenziyası olan podratçı təşkilata müraciət etməlidir. Həmin təşkilatın sorğusu əsasında "Azəriqaz" İstehsalat Birliyinin mütəxəssisləri fərdi yaşayış evinə baxış keçirir, qaz təchizatı mənbəyi müəyyən olunur, qazlaşma sxemi və sorğu blankı tərtib edilir.

Şöbə rəisi bildirib ki, küçə xətti mövcud olmadıqda isə vətəndaş küçə xəttinin çəkilməsi üçün texniki şərtin alınması məqsədi ilə "ASAN kommunal" və ya "ASAN xidmət" mərkəzlərinə müraciət etməlidir. "Azəriqaz" İB tərəfindən tam ödənişsiz olaraq küçə xəttinin çəkilməsi üçün texniki şərtlər vətəndaşa təqdim olunur. Texniki şərtləri əldə etdikdən sonra vətəndaş yenə bu sahədə xüsusi icazəsi olan podratçı təşkilata müraciət edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti