Xəzər Xəbər

Əhali pullarını ən çox hansı məhsullara xərcləyib? VİDEO

Veb TV | 21:09 • 23 Mart 2021
Əhali pullarını ən çox hansı məhsullara xərcləyib?

Ən çox pulu nəyə xərclənir? Statistika Komitəsi bu dəfə pandemiya dövründə insanların ən çox pulu nələrə xərclədiklərini açıqlayıb. Marketoloqlar isə insanları xərclərini düzgün tənzimləməyə səsləyiblər.

Ölkə əhalisinin iki ay ərzində pullarını əsasən hansı məhsullara xərclədiyi məlum olub. Dövlət Satistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, 2021-ci ilin yanvar-fevral aylarında alıcıların istehlak xərclərinin 46,9 faizini ərzaq məhsulları təşkil edir.

İkinci yerdə isə taksi xidmətindən istifadə gəlir. Pandemiya dönəmində marşrutların işləməməsi vətəndaşların cibinə əməlli-başlı ziyan vurub.  

6,3 faiz vətəndaş pulunun əsas hissəsini ilə içki və tütün məmulatları, 5,4 faiz benzin və dizel yanacağı, 5,2 faiz elektrik malları və mebel, 2,3 faiz əczaçılıq məhsulları və tibbi ləvazimatlar, 0,7 faizi kompüter, telekommunikasiya avadanlıqları və çap məhsulları, 16,7 faiz isə digər qeyri-ərzaq mallarının alınmasına sərf edib. 

Marketoloq Aysel Cəbrayılova deyir ki, insanların daha çox xərci qidaya çıxır və bunun da müxtəlif səbəbləri var

Marketoloqun sözlərinə görə, insanlar bütün şəraitlərdə öz xərclərini düzgün şəkildə bölməlidirlər ki, daha sonra problemlə qarşılaşmasınlar.

Ümumilikdə qeyd olunan müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 6 milyard manatlıq, o cümlədən 3,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Xəbər lenti